https://news.day.az/azerinews/1854394.html Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsi qaydası müəyyənləşdiriləcək Dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahələrinin xüsusi mülkiyyətdə olan əmlak və ya torpaq sahələri ilə dəyişdirilməsi qaydasının təsdiq edilməsi nəzərdə tutulur.

Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsi qaydası müəyyənləşdiriləcək

Azərbaycanca, 17 августа 2026 12:32 (UTC +04:00) 197
Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsi qaydası müəyyənləşdiriləcək

Dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahələrinin xüsusi mülkiyyətdə olan əmlak və ya torpaq sahələri ilə dəyişdirilməsi qaydasının təsdiq edilməsi nəzərdə tutulur.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Fərmanında öz əksini tapıb.

Frəmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.5-ci maddəsinin üçüncü abzasına uyğun olaraq, dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahəsinin qarşılıqlı razılıq əsasında müvafiq olaraq xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə dəyişdirilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla beş ay müddətində təsdiq etməlidir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости