Sosial şəbəkədə bunu edənlər CƏRİMƏLƏNƏCƏK - Saxta hesabla belə olsa TAPILACAQLAR
Sosial şəbəkələrdə əxlaqsız ifadələr işlətmək və söyüş söymək Azərbaycanda həm inzibati, həm də cinayət məsuliyyəti yaradır.
Canlı yayımlarda və ya paylaşımlarda ümumi əxlaqa zidd hərəkətlər etmək İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsinə (Xuliqanlıq) əsasən 500 manatdan 1 000 manatadək cərimə və ya 30 günədək inzibati həbslə nəticələnir. Bu əməl bir il ərzində təkrar törədildikdə isə cərimə 2 000 manatadək yüksəlir və ya 2 ayadək həbs cəzası tətbiq olunur.
Əgər yazılan əxlaqsız ifadələr kütləvi xarakter daşımayıb, konkret bir şəxsin şərəf və ləyaqətini qəsdən alçaltmağa yönəlibsə, bu hal Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə tənzimlənir. İnternet resurslarında kimisə təhqir edən şəxsləri məhkəmə qaydasında 1 000 manatdan 1 500 manatadək cərimə gözləyir. Bundan əlavə, cinayətin ağırlıq dərəcəsindən asılı olaraq, həmin şəxslərə 480 saatadək ictimai işlər, 1 ilədək islah işləri və ya 6 ayadək azadlıqdan məhrumetmə cəzası da verilə bilər.
Hüquq-mühafizə orqanları sosial şəbəkələri mütəmadi monitorinq edir və vətəndaşların şikayəti olmadan da ictimai mənəviyyatı pozan şəxsləri dərhal müəyyən edərək məsuliyyətə cəlb edir. Təhqirə məruz qalan şəxslər isə rəylərin ekran görüntülərini (screenshot) toplayaraq polisə və ya məhkəməyə müraciət edə bilərlər. Şərh yazan profilin saxta (feyk) olması cəzadan qaçmağa əsas vermir, çünki xüsusi kiber-cinayətkarlıq şöbələri IP ünvanları vasitəsilə həmin şəxslərin real şəxsiyyətini asanlıqla təyin edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре