https://news.day.az/azerinews/1854416.html Bir sıra müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır. Bu barədə Day.Az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bir sıra müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanca, 17 августа 2026 14:03 (UTC +04:00) 143
Bir sıra müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bu barədə Day.Az-a Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 161, 162, 166, 108A, 118A, 218, 522A, 522B nömrəli şəhərətrafı, 51 nömrəli şəhərdaxili, Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat, Sumqayıt-Quba, Gəncə-Horadiz, Mingəçevir-Gəncə, Mingəçevir-Ağdam, Şəki-Bərdə, Şəki-Qəbələ, Qəbələ-Mingəçevir, Bərdə-İmişli, Tərtər-Mingəçevir, Ağcabədi-Gəncə və Zərdab-Mingəçevir şəhərlərarası avtobus marşrutlarını müsabiqəyə çıxarır.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir.

Sənədlər 15 sentyabr 2026-cı il saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Anar Məmmədov (mob: 077-455-99-06, e-poçt: [email protected]) qəbul ediləcək.

Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-İmişli, Bakı-Qusar, Bakı-Quba, Bakı-Xudat və Sumqayıt-Quba istiqamətlərində 6 lot üzrə sentyabrın 25-də, Gəncə-Horadiz, Mingəçevir-Gəncə, Mingəçevir-Ağdam, Şəki-Bərdə və Şəki-Qəbələ istiqamətlərində 6 lot üzrə sentyabrın 29-da, Qəbələ-Mingəçevir, Bərdə-İmişli, Tərtər-Mingəçevir, Ağcabədi-Gəncə və Zərdab-Mingəçevir istiqamətlərində 5 lot üzrə oktyabrın 2-də, Paytaxtın 161 nömrəli (Əmircan qəsəbəsi - Hövsan qəsəbəsi), 162 nömrəli (Ramana Yeni yaşayış kompleksi - "Koroğlu" NMM), 166 nömrəli (Maştağa qəsəbəsi - Naxçıvanski küçəsi) və 218 nömrəli (Türkan qəsəbəsi - metronun "Əhmədli" stansiyası) şəhərətrafı marşrutları üzrə 4 lotda oktyabrın 6-da, paytaxtın 51 nömrəli (Bəkir Çobanzadə küçəsi - Polad Həşimov küçəsi) şəhərdaxili, 108A nömrəli (metronun "Azadlıq prospekti" stansiyası - Fatmayı bağları), 118A nömrəli ("Koroğlu" NMM - Zabrat qəsəbəsi), Sumqayıt şəhərinin 522A nömrəli (Sülh prospekti - Saray qəsəbəsi, Heydər Əliyev küçəsi) və 522B nömrəli (Sülh prospekti - Saray qəsəbəsi, 28 May küçəsi) şəhərətrafı marşrutları üzrə 5 lotda oktyabrın 9-da baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости