Bu ilin ilk yarısında 40 mindən çox körpə doğulub
Azərbaycanda 2026-cı ilin ilk yarısında 40 mindən çox körpə doğulub.
Day.Az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40 798 doğulan körpə qeydə alınıb və 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,0-dan 8,0-a düşüb.
Cari dövr ərzində doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız uşaqları olub. Doğulan körpələrdən 1420-si əkiz, 57-si isə üçəm olub.
Doğum səviyyəsi əhalinin hər 1000 nəfərinə Dağlıq Şirvan (10,1), Lənkəran-Astara və Şərqi Zəngəzur (9,9), Qarabağ (9,7), Mil-Muğan (9,0), Quba-Xaçmaz (8,9), Şirvan-Salyan (8,8), Mərkəzi Aran (8,7), Qazax-Tovuz (8,6) iqtisadi rayonlarında ölkə göstəricisindən (8,0) yüksək olub.
Məlumata görə, bu ilin yanvar-iyun aylarında ölkədə 30625 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,8-dən 6,0-a qədər artıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре