https://news.day.az/azerinews/1854498.html Ürəyi qorumağın sadə yolları: Kardioloqdan vacib tövsiyələr Kardioloq Valentina Baydina infarkt riskini azaltmaq üçün ilk növbədə arterial təzyiqə müntəzəm nəzarət etməyi tövsiyə edib. Həkim bildirib ki, hipertoniya uzun müddət simptomsuz gedərək damarları və ürəyi zədələyə bilər.

Ürəyi qorumağın sadə yolları: Kardioloqdan vacib tövsiyələr

Azərbaycanca, 18 августа 2026 01:38 (UTC +04:00) 178
Ürəyi qorumağın sadə yolları:

Kardioloq Valentina Baydina infarkt riskini azaltmaq üçün ilk növbədə arterial təzyiqə müntəzəm nəzarət etməyi tövsiyə edib. Həkim bildirib ki, hipertoniya uzun müddət simptomsuz gedərək damarları və ürəyi zədələyə bilər.

Day.Az xəbər verir ki, mütəxəssis böyüklərin ildə ən azı bir dəfə müayinədən, o cümlədən EKQ-dən keçməsinin, qanda şəkər və xolesterin səviyyəsini nəzarətdə saxlamasının vacibliyini vurğulayıb.

Sinədə ağrı, ağırlıq və ya yanma hissi yaranarsa, planlı müayinəni gözləmədən həkimə müraciət etmək lazımdır.

Kardioloq xroniki yuxusuzluqdan və hərəkətsizlikdən uzaq durmağı, kofein və energetik içkilərdən həddən artıq istifadə etməməyi, virus infeksiyalarını ayaqüstə keçirməməyi tövsiyə edib. O, həmçinin sinə ağrısını ağrıkəsici ilə ört-basdır etməyin təhlükəli olduğunu bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости