https://news.day.az/azerinews/1854520.html Bu il Avropanın ən iri neft şirkətləri 5,55 milyard avro məbləğində mənfəət əldə ediblər Bu ilin əvvəlindən iri neft şirkətləri maliyyə nəticələrində əhəmiyyətli yaxşılaşma qeydə alınıb. AZƏRTAC xəbər verir ki, "Transport & Environment" (T&E) qeyri-hökumət təşkilatı bunun səbəblərindən biri kimi neft emalının rentabelliyinin azalmasını göstərir və mənfəət vergisinin daimi əsasda bərpa edilməsinə çağırır.

Bu il Avropanın ən iri neft şirkətləri 5,55 milyard avro məbləğində mənfəət əldə ediblər

Azərbaycanca, 17 августа 2026 20:41 (UTC +04:00) 179
Bu il Avropanın ən iri neft şirkətləri 5,55 milyard avro məbləğində mənfəət əldə ediblər

Bu ilin əvvəlindən iri neft şirkətləri maliyyə nəticələrində əhəmiyyətli yaxşılaşma qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, "Transport & Environment" (T&E) qeyri-hökumət təşkilatı bunun səbəblərindən biri kimi neft emalının rentabelliyinin azalmasını göstərir və mənfəət vergisinin daimi əsasda bərpa edilməsinə çağırır.

Yanacaq böhranı fonunda neft şirkətlərinin yüksək mənfəəti yenidən diqqət mərkəzinə düşüb. BFMTV yazır ki, T&E qeyri-hökumət təşkilatı ikinci rübün nəticələrinə dair son araşdırmasında Avropada fəaliyyət göstərən iri şirkətlərin mənfəətinin onların tarixi orta göstəricisi ilə müqayisədə iki dəfə artdığını qeyd edir. Ekoloji assosiasiyanın məlumatına görə, yanacaqdoldurma məntəqələrində qiymətlərin yüksək olaraq qalması yalnız xam neftin qiymətindəki dəyişikliklərlə izah olunmur. Bu vəziyyət, ilk növbədə, emal marjasının kəskin artması ilə bağlıdır. Emal marjası neft emalı zavodlarının aldığı xam neftin qiyməti ilə emal olunmuş yanacağı distribütorlara satdıqları qiymət arasındakı fərqdir.

İlin ilk iki rübündə səkkiz neft nəhəngi 13,46 milyard avrodan çox mənfəət əldə edib. Bu məbləğin əsas hissəsi Avropa İttifaqının payına düşür və burada izafi mənfəətin həcmi 5,55 milyard avrodan çoxdur. Halbuki bp və "Shell" kimi ən iri qruplar gəlirlərinin böyük hissəsini Avropadan kənarda əldə edirlər.

Birbaşa Avropa İttifaqının 27 üzv ölkəsində əldə edilən bu yüksək mənfəət arasında İspaniyanın "Repsol" şirkəti 1,267 milyard avro göstərici ilə Avropa reytinqində birinci yerdədir. Onu 1,172 milyard avro ilə Böyük Britaniyanın "Shell" şirkəti, bu ilin ilk yarısında Aİ ölkələrində 1,075 milyard avro yüksək mənfəət əldə edən Fransanın "TotalEnergies" qrupu izləyir.

Bu gəlirlər Avropa İttifaqı ölkələrində həyata keçirilən fəaliyyətdən əldə edildiyinə görə, T&E təşkilatı hesab edir ki, onlara daimi izafi mənfəət vergisi tətbiq etmək mümkündür. 2022-ci ilin payızında enerji böhranının qızğın vaxtında Aİ tərəfindən faktiki olaraq tətbiq edilən bu "müvəqqəti həmrəylik ödənişi" mexanizmi mənfəətə ən azı 33 faiz vergi qoyulmasını nəzərdə tuturdu. T&E hesab edir ki, vergi daxilolmalarının daimi əsasda təmin edilməsi iqlimlə bağlı fövqəladə hallar zamanı yardım göstərilməsinin, o cümlədən yayda meşə yanğınları ilə mübarizə tədbirlərinin maliyyələşdirilməsinə, eləcə də enerji keçidi üçün zəruri infrastrukturun yaradılmasına kömək edəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости