https://news.day.az/azerinews/1854540.html Almaniyanın xidmət işçiləri altı limanda xəbərdarlıq tətili keçirəcəklər Almaniyada xidmət işçilərinin həmkarlar ittifaqı təşkilatı (Ver.di) ölkənin altı dəniz limanında 24 saatlıq xəbərdarlıq tətili elan edib. AZƏRTAC xəbər verir ki, bu gün axşamdan başlayacaq tətil Hamburq, Bremerhaven, Bremen, Vilhelmshaven, Emden və Brake limanlarını əhatə edəcək.

Almaniyanın xidmət işçiləri altı limanda xəbərdarlıq tətili keçirəcəklər

Azərbaycanca, 17 августа 2026 20:55 (UTC +04:00) 176
Almaniyanın xidmət işçiləri altı limanda xəbərdarlıq tətili keçirəcəklər

Almaniyada xidmət işçilərinin həmkarlar ittifaqı təşkilatı (Ver.di) ölkənin altı dəniz limanında 24 saatlıq xəbərdarlıq tətili elan edib.

AZƏRTAC xəbər verir ki, bu gün axşamdan başlayacaq tətil Hamburq, Bremerhaven, Bremen, Vilhelmshaven, Emden və Brake limanlarını əhatə edəcək. Tətilə təxminən 11 min liman işçisinin qoşulması gözlənilir. "Ver.di" əməkhaqlarının 12 aylıq müddət ərzində 8,2 faiz artırılmasını, yaxud saatlıq əməkhaqqının azı 2,50 avro yüksəldilməsini tələb edir.

İşəgötürənlər isə son təklifdə əməkhaqlarının 5,1 faiz artırılmasını, əlavə 300 avro məzuniyyət ödənişi və işçilər üçün ödənişlərin 460 avro artırılmasını təklif ediblər. Təklifin müddəti 19 ay müəyyənləşdirilib.

"Ver.di" işçilərin bu təklifi böyük səs çoxluğu ilə rədd etdiyini bildirib. Həmkarlar ittifaqı xüsusilə müqavilənin 19 aylıq müddətini və aşağı maaş qrupları üçün nəzərdə tutulan artımı qənaətbəxş hesab etməyib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости