https://news.day.az/azerinews/1854973.html Dərəyə aşan maşında ər-arvad ÖLDÜ Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verib. Day.Az xəbər verir ki, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Dərəyə aşan maşında ər-arvad ÖLDÜ

Azərbaycanca, 20 августа 2026 09:23 (UTC +04:00) 142
Dərəyə aşan maşında ər-arvad

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Şamaxı rayonu, Çuxuryurd kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verib.

Day.Az xəbər verir ki, vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "VAZ 2121" Niva markalı minik avtomobilinin idarəetməni itirərək dərəyə aşması nəticəsində yol-nəqliyyat qəzasının baş verdiyi və sürücünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1951-ci il təvəllüdlü Aslanov Mətləb İsmayıl oğlu və sərnişin, 1956-cı il təvəllüdlü Aslanova Şövkət Qasım qızının meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

AZƏRTAC-ın məlumatına görə, vəfat edən Ş.Aslanovanın həyat yoldaşı, 1951-ci il təvəllüdlü Mətləb Aslanov Şamaxı Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости