https://news.day.az/azerinews/1855097.html Turizm sahəsində fəaliyyət göstərən bəzi sahibkarlara subsidiya veriləcək Azərbaycanda 2030-cu ilə qədər turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyinin verilməsi planlaşdırılır. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Turizm sahəsində fəaliyyət göstərən bəzi sahibkarlara subsidiya veriləcək

Azərbaycanca, 20 августа 2026 16:51 (UTC +04:00) 217
Turizm sahəsində fəaliyyət göstərən bəzi sahibkarlara subsidiya veriləcək

Azərbaycanda 2030-cu ilə qədər turizm sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektlərinə subsidiya dəstəyinin verilməsi planlaşdırılır.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Dövlət proqramında qeyd edilib ki, Azərbaycanda 2030-cu ilə qədər hava nəqliyyatı ilə qeyri-müntəzəm (çarter) uçuşların təşkilinə görə təşkilatçıların xərclərinin kompensasiyası ilə bağlı subsidiya mexanizmi, hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkili ilə bağlı subsidiya mexanizmi, turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsert, əyləncəli proqramların təşkilinə görə tədbir təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiyası ilə bağlı subsidiya mexanizmi yaradılacaq.

Həmçinin yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara subsidiya dəstəyin verilməsi, turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya verilməsi nəzərdə tutulur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости