https://news.day.az/azerinews/1854993.html
Xəzərdə 36 yaşlı kişi batıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub. Day.Az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Xəzərdə 36 yaşlı kişi batıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Astara rayonunda ən yaxın sularda xilasetmə məntəqəsindən 1 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.
Day.Az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 1990-cı il təvəllüdlü Məmmədov Elman Beybala oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре