https://news.day.az/azerinews/1855427.html Sabah 40 dərəcəyədək isti gözlənilir - Proqnoz Avqustun 23-də Azərbaycanda 40 dərəcəyədək isti hava gözlənilir. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir: "Mülayim cənub-şərq küləyi əsəcək.

Sabah 40 dərəcəyədək isti gözlənilir - Proqnoz

Azərbaycanca, 22 августа 2026 12:07 (UTC +04:00) 170
Sabah 40 dərəcəyədək isti gözlənilir

Avqustun 23-də Azərbaycanda 40 dərəcəyədək isti hava gözlənilir.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında qeyd edilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir:

"Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40°-dək isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости