https://news.day.az/azerinews/1856429.html Bakıda elektrik cərəyanı iki nəfərin həyatına son qoydu Paytaxtın Sabunçu rayonunda elektrik cərəyanı vuran 36 yaşlı kişi ölüb. Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə avqustun 26-da Ramana qəsəbəsində baş verib. Qəsəbənin ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vuran 1990-cı il təvəllüdlü Əlabbas Niftalıyev xəstəxanada həyatını itirib.

Bakıda elektrik cərəyanı iki nəfərin həyatına son qoydu

Azərbaycanca, 28 августа 2026 11:27 (UTC +04:00) 244
Bakıda elektrik cərəyanı iki nəfərin həyatına son qoydu

Paytaxtın Sabunçu rayonunda elektrik cərəyanı vuran 36 yaşlı kişi ölüb.

Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə avqustun 26-da Ramana qəsəbəsində baş verib.

Qəsəbənin ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vuran 1990-cı il təvəllüdlü Əlabbas Niftalıyev xəstəxanada həyatını itirib.

Bundan başqa Binəqədi rayonunda elektrik cərəyanı vuran 46 yaşlı kişi ölüb. Hadisə ötən gün rayonda yerləşən zavodların birində baş verib. Belə ki, 1986-cı il təvəllüdlü Mərdan Əhmədov işlədiyi poladtökmə zavodunda elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости