https://news.day.az/azerinews/1856551.html
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 1/8 finalda Türkiyə ilə qarşılaşacaq
Bu gün Bakıda təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatının (CEV Trendyol EuroVolley 2026 Women) C qrupunun son qarşılaşmasında Azərbaycan və Niderland komandaları üz-üzə gəliblər. Oyun Niderland komandasının 3:1 (25:15, 16:25, 22:25, 19:25) hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, C qrupunu 8 xalla 3-cü pillədə başa vuran Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv 1/8 final mərhələsinə vəsiqə qazanıb. Millimizin bu mərhələdəki rəqibi Türkiyə yığması olacaq.
"Ay-ulduzlular" bu gün Polşa yığmasına 2:3 hesabı ilə uduzaraq A qrupunu ikinci sırada tamamlayıb.
1/8 final oyunları avqustun 31-i və sentyabrın 1-də İstanbulda baş tutacaq.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре