https://news.day.az/azerinews/1856992.html Gömrük sərhədindən qanunsuz keçirilməyə cəhd göstərilən saat və planşetlər aşkar edilib Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz yolla gömrük sərhədindən keçirilməyə cəhd göstərilən saatlar və planşetlər aşkar edilib. Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Gömrük sərhədindən qanunsuz keçirilməyə cəhd göstərilən saat və planşetlər aşkar edilib

Azərbaycanca, 31 августа 2026 18:30 (UTC +04:00) 209
Gömrük sərhədindən qanunsuz keçirilməyə cəhd göstərilən saat və planşetlər aşkar edilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat tədbirləri nəticəsində qanunsuz yolla gömrük sərhədindən keçirilməyə cəhd göstərilən saatlar və planşetlər aşkar edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşlarının əl yüklərinə gömrük yoxlaması tətbiq olunub.

 

"Yoxlama zamanı 2 şəxsə məxsus 3 çamadandan gömrük orqanına bəyan edilməyən ümumilikdə 54 ədəd "Apple" markalı saat, 15 ədəd "iPad" markalı planşetlər aşkar edilib.

Hər iki şəxs çamadanları Bakıda təhvil vermək üçün xarici ölkənin hava limanında götürdüklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости