https://news.day.az/azerinews/1856556.html Dilqəm Əsgərova qarşı cinayət işi açıldı Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı Şəmkir Rayon Məhkəməsində cinayət işi başlanıb. Day.Az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisəyə səbəb ailə daxilində yaşanan insident olub. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətçi olub.

Dilqəm Əsgərova qarşı cinayət işi açıldı

Azərbaycanca, 29 августа 2026 00:39 (UTC +04:00) 287
Dilqəm Əsgərova qarşı cinayət işi açıldı

Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı Şəmkir Rayon Məhkəməsində cinayət işi başlanıb.

Day.Az-ın Teleqraf-a istinadən məlumatına görə, hadisəyə səbəb ailə daxilində yaşanan insident olub. D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətçi olub. O, ifadəsində atasının Şəmkir rayonunun Çinarlı qəsəbəsində ona hücum çəkdiyini və dəmir parçası ilə xəsarət yetirdiyini iddia edib. Faktla bağlı başladılan cinayət işi çərçivəsində K.Əsgərov zərərçəkmiş şəxs qismində tanınaraq məhkəməyə çağırılıb.

İclas sentyabrın 2-nə təyin olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости