https://news.day.az/azerinews/1857069.html Prezident İlham Əliyev azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirir, bunu dostluğumuzun və strateji tərəfdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirirəm.

Prezident İlham Əliyev azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

Azərbaycanca, 1 сентября 2026 11:24 (UTC +04:00) 170
Prezident İlham Əliyev azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirib

Slovakiyanın işğaldan azad edilmiş ərazilərimizin bərpasında iştirakını yüksək qiymətləndirir, bunu dostluğumuzun və strateji tərəfdaşlığımızın bariz nümunəsi kimi dəyərləndirirəm.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın milli bayramı - Konstitusiya Günü münasibətilə bu ölkənin Prezidenti Peter Pelleqriniyə ünvanladığı təbrik məktubunda ifadə edib.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan ilə Slovakiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости