Maşın bazarında payız gözləntisi: Azərbaycanda qiymətlər dəyişəcəkmi?
ABŞ-da avtomobillərin orta qiyməti bu il ən yüksək həddə çataraq 5 min dollara yaxınlaşıb. Belə olan halda ABŞ-dən Azərbaycana gətirilən avtomobillərin qiymətində hansı dəyişikliyin olacağı maraq doğurur.
Day.Az Xəzər TV-yə istinadən xəbər verir ki, ekspert Eldəniz Cəfərovun sözlərinə görə, əsas bahalaşma ABŞ-da istehsal olunmayan və xaricdən idxal edilən avtomobillərdədir. Bu avtomobillərə tətbiq olunan idxal rüsumları 20-30%-ə qədər yüksəlib.
Cəfərov bildirib ki, ABŞ-da istehsal olunan avtomobillərin qiymətində ciddi artım yoxdur. ABŞ-dan Azərbaycana gətirilən avtomobillərin qiymətinin də eyni nisbətdə bahalaşması gözlənilmir. Çünki ABŞ bazarındakı qiymət artımı birbaşa Azərbaycan bazarına təsir etmir.
Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda avtomobil bazarında qiymətlər sabitdir və ciddi aktivlik müşahidə olunmur. Bazarın sentyabr-oktyabr aylarında canlanacağı gözlənilir. Qiymətləri isə əsasən tələb, təklif və avtomobilin idxal xərcləri müəyyənləşdirəcək.
Ətraflı videomaterialda:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре