https://news.day.az/azerinews/1857530.html Azərbaycanda böyrəyini satmaq istəyən kişi cərimələndi Azərbaycanda böyrəyini satmaq istəyən şəxs 6000 manat cərimələnib. Day.Az Xitab24.az-a istinadən xəbər verir ki, bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb.

Azərbaycanda böyrəyini satmaq istəyən kişi cərimələndi

Azərbaycanca, 3 сентября 2026 12:12 (UTC +04:00) 243
Azərbaycanda böyrəyini satmaq istəyən kişi cərimələndi

Azərbaycanda böyrəyini satmaq istəyən şəxs 6000 manat cərimələnib.

Day.Az Xitab24.az-a istinadən xəbər verir ki, bununla bağlı Xətai Rayon Məhkəməsi qərar çıxarıb.

Cəriməyə məruz qalan şəxs Abşeron Rayon Məhkəməsinə müraciət edərək cərimə icrasının 6 ay müddətinə təxirə salınması və hissə-hissə ödənilməsinə icazə verilməsinə dair qərar qəbul edilməsini xahiş edib.

Hazırda Ali Məhkəmənin baxışında olan cinayət işi üzrə məhkəmələr onu orqan, yəni böyrək alqı-satqısına cəhd etməkdə təqsirli biliblər. 

Qərardan şikayət verən Valeh Qasımov (ad-soyad şərtidir) 6000 manat cərimənin ədalətsiz olduğunu bildirib.

Valeh Qasımov sonradan məhkəməyə ərizə ünvanlayaraq şikayəti ilə bağlı təkrar müraciət edəcəyini bildirib. O, hazırkı ərizənin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Hakim Abusət Qasımov şikayətçinin ərizəsini təmin edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости