https://news.day.az/azerinews/1857856.html Yuxusuzluğun yaddaşa təsirini 20 dəqiqəlik məşq azalda bilər Kanadanın McGill Universitetinin alimləri müəyyən ediblər ki, cəmi 20 dəqiqəlik fiziki məşq uzun müddət yuxusuz qalmanın yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə bilər.

Yuxusuzluğun yaddaşa təsirini 20 dəqiqəlik məşq azalda bilər

Azərbaycanca, 5 сентября 2026 02:16 (UTC +04:00) 249
Yuxusuzluğun yaddaşa təsirini 20 dəqiqəlik məşq azalda bilər

Kanadanın McGill Universitetinin alimləri müəyyən ediblər ki, cəmi 20 dəqiqəlik fiziki məşq uzun müddət yuxusuz qalmanın yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə bilər.

Day.Az xəbər verir ki, araşdırmada 30 saat oyaq saxlanılan 54 sağlam yetkin iştirak edib və 20 dəqiqə velosiped sürənlərin nəticələri 90 dəqiqə yatanlarla müqayisə olunub.

Nəticələr göstərib ki, qısa müddətli fiziki fəaliyyət yuxusuzluğun yaddaş üzərində yaratdığı zəifləməni azaltmaq baxımından 90 dəqiqəlik yuxu qədər faydalı ola bilər. Tədqiqatçılar məşqin xüsusilə növbəli işləyən və uzun müddət yatmaq imkanı olmayan insanlar üçün əlçatan üsul olduğunu bildirirlər.

Bununla belə, alimlər fiziki məşqin yuxunu əvəz etmədiyini vurğulayırlar. Araşdırmada nə yatan, nə də idman edən iştirakçılar yaddaş testində ən zəif nəticəni göstərib və onların göstəricisi digər qruplardan 22 faiz aşağı olub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости