https://news.day.az/azerinews/1858231.html Ağır yol qəzası baş verib: - Ölən var Bakının Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Ağır yol qəzası baş verib: - Ölən var

Azərbaycanca, 7 сентября 2026 11:08 (UTC +04:00) 314
Ağır yol qəzası baş verib:

Bakının Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az xəbər verir ki, hadisə Bakı Olimpiya Stadionunun yaxınlığında qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Şahin Elman oğlu Məmmədovun idarə etdiyi "Hyundai" markalı avtomobil ötmə əməliyyatı zamanı 1998-ci il təvəllüdlü Ruslan Maqsud oğlu Mayılzadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobilə çarpılıb.

Toqquşmadan sonra "Hyundai" idarəetmədən çıxaraq aşıb və yol kənarına düşüb.

Qəza nəticəsində müxtəlif xəsarətlər alan Ş.Məmmədov Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости