https://news.day.az/azerinews/1858232.html Bacısının sevgilisini öldürən 15 yaşlı oğlana bu cəza verildi Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib.

Bacısının sevgilisini öldürən 15 yaşlı oğlana bu cəza verildi

Azərbaycanca, 7 сентября 2026 11:09 (UTC +04:00) 220
Bacısının sevgilisini öldürən 15 yaşlı oğlana bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəxs Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib.

Məlum olub ki, F.Poladov bacısı ilə Ramalın münasibətini öyrənib. O, "Tiktok" sosial şəbəkəsində bacısının Ramalla əl-ələ fotosunu görüb, həmçinin həmin şəxsin tez-tez "Vaz" markalı avtomobillə yaşadığı evin qarşısına gəldiyini bilib.

Bundan sonra F.Poladov Ramalı yaşadıqları evin yaxınlığına çağırıb. Gecə saat 02 radələrində baş tutan görüş zamanı yeniyetmə oğlan Ramala avtomobildə bıçaqla hücum edərək zərbələr endirib. R.Quliyev kəskin qan itirmədən ölüb.

Məhkəmənin hökmü ilə F.Poladova 9 il 6 ay həbs cəzası verilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости