https://news.day.az/azerinews/1858641.html Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib. Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətidən məlumat verilib.

Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

Azərbaycanca, 8 сентября 2026 18:05 (UTC +04:00) 209
Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib

Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətidən məlumat verilib.

Müvafiq status DİN-in AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Müşahidəçi statusu eyni zamanda transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости