https://news.day.az/azerinews/1858832.html “Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - VİDEO "Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. Day.Az xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizlik yoxlamasından keçdiyi qeyd olunub.

“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - VİDEO

Azərbaycanca, 9 сентября 2026 15:24 (UTC +04:00) 147
“Zipline”nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış

"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər.

Day.Az xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib.

Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizlik yoxlamasından keçdiyi qeyd olunub.

Həmçinin bildirilib ki, hadisə trosun qırılmasından deyil, güclü küləkdə "zipline"nın roliklərinin çıxması səbəbindən baş verib. Nəticədə təlaşlı vəziyyətdə olan gənclər hündürlükdən yerə yıxılaraq həyatlarını itiriblər:

"Ötən gün ərazidə istintaq tədbirləri həyata keçirildiyindən qapadılmışdı, bu gün səhərdən etibarən isə açıqdır".

Məlumata görə, sübut əhəmiyyəti olan bütün sənədlər Şəki Rayon Prokurorluğuna təhvil verilib.

Ətraflı videomaterialda:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости