https://news.day.az/azerinews/1859545.html Tomat pastası beynin fəaliyyətinə müsbət təsir göstərə bilər İspaniyada aparılan araşdırmada üç ay ərzində hər gün 35 qram tomat pastası qəbul edən orta yaşlı insanların zehni fəaliyyətində müəyyən müsbət dəyişikliklər müşahidə olunub. Day.Az xəbər verir ki, tədqiqatda 42 nəfər iştirak edib.

Tomat pastası beynin fəaliyyətinə müsbət təsir göstərə bilər

Azərbaycanca, 13 сентября 2026 06:48 (UTC +04:00) 177
Tomat pastası beynin fəaliyyətinə müsbət təsir göstərə bilər

İspaniyada aparılan araşdırmada üç ay ərzində hər gün 35 qram tomat pastası qəbul edən orta yaşlı insanların zehni fəaliyyətində müəyyən müsbət dəyişikliklər müşahidə olunub.

Day.Az xəbər verir ki, tədqiqatda 42 nəfər iştirak edib.

Nəticələrə görə, iştirakçıların seçici diqqət göstəriciləri yaxşılaşıb, yaddaşda isə cüzi müsbət dəyişikliklər qeydə alınıb. Tədqiqatçılar bunu pomidorun tərkibindəki likopenlə əlaqələndirirlər.

Mütəxəssislər bildirirlər ki, pomidorun bişirilməsi likopenin orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır. Bununla belə, alimlər tomat pastasının beyinə uzunmüddətli təsirini müəyyənləşdirmək üçün daha geniş araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости