https://news.day.az/azerinews/1860591.html Azərbaycanda gələn il icmal büdcə xərcləri 50 milyard manatdan çox olacaq 2027-ci ildə icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisinə nəzərən 2 milyard 639,5 milyon manat vəya 5,9 faiz artım deməkdir.

Azərbaycanda gələn il icmal büdcə xərcləri 50 milyard manatdan çox olacaq

Azərbaycanca, 16 сентября 2026 20:46 (UTC +04:00) 267
Azərbaycanda gələn il icmal büdcə xərcləri 50 milyard manatdan çox olacaq

2027-ci ildə icmal büdcənin gəlirləri 47 milyard 608,8 milyon manat səviyyəsində proqnozlaşdırılıb ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisinə nəzərən 2 milyard 639,5 milyon manat vəya 5,9 faiz artım deməkdir.

Bu barədə Maliyyə Nazirliyinij açıqladığı "2027-ciilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinədair Açıqlama" sənədində bildirilib.

İcmal büdcə xərcləri isə növbəti ildə 50 milyard 386,7 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 547,4 milyon manat və ya 3,2 faiz çoxdur. 2027-ci il üzrə icmal büdcədə 2 milyard 777,9 milyon manat büdcə kəsri (defisit) olacağı proqnozlaşdırılmışdı.

 

2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 625,0 milyon manat və yaxud 1,6 faiz çox, 2025-ci ilin icra göstəriciləri ilə müqayisədə 49,4 milyon manat və yaxud 0,1 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsinin xərcləri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 696,4 milyon manat vəya 1,7 faiz artım ilə 42 milyard 400,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin icra göstəriciləri iləmüqayisədə 3 milyard 795,4 milyon manat və yaxud 9,8 faiz çoxdur. 2027-ci ildə dövlət büdcəsinin kəsiri 2026-cı ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 71,4 milyon manat və ya 2,3 faiz çox olmaqla 3 milyard 166,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 2,2 faiz olmaqla) proqnozlaşdırılır.

2027-ci ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirləri ÜDM-in 27,8 faizi həcmində yəni 39 milyard 234,0 milyon manat nəzərdə tutulur ki, bunun da 39,5 faizi və ya 15 milyard 480,0 milyon manatı neft-qaz sektorunun, 60,5 faizi vəya 23 milyard 754,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости