https://news.day.az/azerinews/1862939.html Süni intellekt dövründə düzgün suallar verməyi bacarmaq xüsusilə vacibdir – Cəlal Qasımov Kadr hazırlığında əsas boşluqlardan biri tələbələrin əldə etdiyi biliklərlə şirkətlərin ehtiyacları arasındakı fərq deyil, bilikləri istehsala və nəticələrə çevirmək bacarığıdır.

Süni intellekt dövründə düzgün suallar verməyi bacarmaq xüsusilə vacibdir – Cəlal Qasımov

Azərbaycanca, 26 сентября 2026 19:45 (UTC +04:00) 166
Süni intellekt dövründə düzgün suallar verməyi bacarmaq xüsusilə vacibdir

Kadr hazırlığında əsas boşluqlardan biri tələbələrin əldə etdiyi biliklərlə şirkətlərin ehtiyacları arasındakı fərq deyil, bilikləri istehsala və nəticələrə çevirmək bacarığıdır.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda "PAŞA Holdinq"in baş icraçı direktoru Cəlal Qasımov bildirib.

"Düşünürəm ki, əsl boşluq biliklərin əldə edilməsi ilə həmin bilikləri istehsala, nəticələrə çevirmək bacarığı arasındadır. İnsan potensialını qiymətləndirərkən beş səviyyəni fərqləndirmək olar: biliklər, bacarıqlar, düşüncə tərzi, mühakimə və ya müdriklik.

Biliklər bildiklərimizin əsasını təşkil edir. Bacarıqlar bu bilikləri əhəmiyyətli bir şeyə çevirməyə kömək edir. Düşüncə tərzi dünyaya baxdığımız və baş verənləri şərh etdiyimiz prizmamızdır", - deyə o bildirib.

C.Qasımov qeyd edib ki, baş verənləri şərh etdikdən sonra, çox vaxt natamam məlumat şəraitində və müxtəlif kompromisləri nəzərə almaq zərurəti ilə qərarlar qəbul etmək lazımdır:

"Müdriklik düzgün problemi həll edib-etmədiyimizdən ibarətdir. Hazırda nəyə diqqət yetirməyin daha vacib olduğu və konkret olaraq nə vaxtsa nəyəsə diqqət yetirməyin lazım olduğu məsələsi müasir dünyada getdikcə mürəkkəbləşir. Ənənəvi təhsil sistemi əsasən suallara cavab verməyi öyrədir, lakin sualları düzgün vermək bacarığına daha çox diqqət yetirmək lazımdır. Düşünürəm ki, getdikcə hər kəsə düzgün suallar verməyi öyrətməliyik", - deyə o vurğulayıb.

C.Qasımov bunun süni intellekt dövründə xüsusilə aktual olduğunu bildirib:

"Biz hamımız müxtəlif alətlərdən istifadə edirik, lakin süni intellektdən aldığımız cavabın keyfiyyəti ona verdiyimiz sualın keyfiyyətindən asılıdır".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости