UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib
Azərbaycan yığması UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununu keçirib. Yığmamız D Liqasının ikinci qrupunda səfərdə Litva ilə heç-heçə oynayıb. Kaunas şəhərindəki "Dariaus ir Gireno" stadionunda keçirilən görüşü Kiprdən olan baş hakim Menelaos Antoniu idarə edib .
Qarşılaşma 1:1 hesabı ilə bitib.
Meydan sahiblərinin heyətində 9-cu dəqiqədə Armandas Kuçis penaltini dəqiq yerinə yetirib. 14-cü dəqiqədə Mahir Emreli tarazlığı bərpa edib.
UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində milliimizin növbəti oyunu oktyabrın 1-də Bakıda baş tutacaq. Yığma Tofiq Bəhramov adına Respublika Stadionunda Lixtenşteyni qəbul edəcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.
Xatırladaq ki, Lixtenşteyn seçməsi ilk oyunda doğma meydanda Litvaya 0:2 hesabı ilə məğlub olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре