https://news.day.az/azerinews/1863115.html İstanbul küçələri su altında qalıb - VİDEO Ötən gecə Türkiyənin İstanbul şəhərinə düşən leysan bəzi ərazilərdə küçələri su altında qoyub, izafi sulara hazırlıqsız olan vətəndaşlar çətin anlar yaşayıb. Day.Az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb. Leysan yağışdan sonra Sultanqazinin Yunus Əmrə məhəlləsindəki Lütfi Aykaç bulvarını su basıb.

İstanbul küçələri su altında qalıb - VİDEO

Azərbaycanca, 28 сентября 2026 10:05 (UTC +04:00) 167
İstanbul küçələri su altında qalıb

Ötən gecə Türkiyənin İstanbul şəhərinə düşən leysan bəzi ərazilərdə küçələri su altında qoyub, izafi sulara hazırlıqsız olan vətəndaşlar çətin anlar yaşayıb.

Day.Az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb.

Leysan yağışdan sonra Sultanqazinin Yunus Əmrə məhəlləsindəki Lütfi Aykaç bulvarını su basıb. Yaranan su gölməçəsi səbəbindən yolda hərəkətdə olan sürücülər və piyadalar çətinliklə üzləşib.

Güclü yağış səbəbindən Zincirlikuyudakı yeraltı keçidi su basıb. Yeraltı keçidin avtomobillərin hərəkəti üçün bağlanması səbəbindən bəzi avtobuslar reysləri təxirə salınıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости