Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - YENİLƏNİB - VİDEO
Bakı şəhəri, Lökbatan qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların son durumu açıqlanıb.
Day.Az xəbər verir ki, bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, oktyabrın 3-ü saat 13:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.
Təcili tibbi yardım briqadası tərəfindən beş nəfər (3 kişi, 2 qadın) müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, 2 nəfərə (qadın) yerində tibbi yardım göstərilib.
------------
Sədərək Ticarət Mərkəzinin girişində 194 nömrəli marşrut avtobusu aşıb.
Day.Az "News24"ə istinadən xəbər verir ki, bunu hadisə şahidləri bildiriblər.
Qeyd edilib ki, xəsarət alanlar var. Qəzanın yağışlı hava şəraiti səbəbindən baş verdiyi bildirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре