https://news.day.az/azerinews/1864582.html Salyanda ağır qəza - yaralılar var - VİDEO Bu gün axşam saatlarında Salyan istiqamətində qeydə alınan ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. Day.Az xəbər verir ki, qəza nəticəsində ağ rəngli "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq körpünün kənarındakı dəmir səddə (təhlükəsizlik arakəsməsinə) çırpılıb.

Salyanda ağır qəza - yaralılar var - VİDEO

Azərbaycanca, 4 октября 2026 23:30 (UTC +04:00) 280
Salyanda ağır qəza - yaralılar var

Bu gün axşam saatlarında Salyan istiqamətində qeydə alınan ağır yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Day.Az xəbər verir ki, qəza nəticəsində ağ rəngli "Toyota" markalı minik avtomobili idarəetmədən çıxaraq körpünün kənarındakı dəmir səddə (təhlükəsizlik arakəsməsinə) çırpılıb.

Görüntülərdən məlum olur ki, zərbənin gücündən körpünün dəmir boru səddi birbaşa maşının kapotundan girərək ön hissəni və mühərrik bölməsini tamamilə deşib, salonun istiqamətinə daxil olub.

Qəza zamanı avtomobilin təhlükəsizlik yastıqları açılıb, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.

Qəza nəticəsində ağır yaralıların olduğu bildirilir.

Faktla bağlı müvafiq araşdırmalar aparılır. (Nocomment.az)

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости