https://news.day.az/azerinews/1864692.html Sabah leysan yağacaq - Proqnoz AÇIQLANDI Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatı yayıb.

Sabah leysan yağacaq - Proqnoz AÇIQLANDI

Azərbaycanca, 5 октября 2026 13:03 (UTC +04:00) 199
Sabah leysan yağacaq

Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Day.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatı yayıb.

Qeyd edilib ki, havanın temperaturu gecə 13-17° isti, gündüz 19-22° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət isə 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости