https://news.day.az/azerinews/1865672.html
Günəşli qəsəbəsində avtomobil yolunda hərəkət məhdudlaşdırılıb
Suraxanı rayonunun Günəşli qəsəbəsində İlqar Musayev küçəsinin Etibar Bəkirli küçəsi ilə kəsişməsindən Surxay Noçuyev küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Day.Az-a bildirilib ki, təmir işləri başa çatanadək qeyd olunan yol sahəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре