İnsanların qatarla ən çox hansı ərazilərə səfər etdiyi məlum olub - VİDEO
Dəmir yolu hər gün minlərlə insanın mənzil başına çatmasında mühüm rol oynayır. Bu ilin ilk doqquz ayında Bakı Dəmir Yolu vağzalında 5 milyondan çox gediş-gəliş qeydə alınıb. Sərnişinlər əsasən Bakı və ətraf ərazilərdəki stansiya və dayanacaqlardan istifadə edirlər.
Day.Az xəbər verir ki, ən çox sərnişin axını Bakı, Sumqayıt, Bakıxanov, Koroğlu və Xırdalan dəmir yolu stansiya və dayanacaqlarında qeydə alınıb. Doqquz ay ərzində Sumqayıt vağzalından 2,6 milyon, Bakıxanov dayanacağından 1,2 milyon, Xırdalan stansiyasından 1 milyon 159 min, Koroğlu dayanacağından isə 1,1 milyon sərnişin istifadə edib.
Ümumilikdə, ilin ilk doqquz ayında dəmir yolu ilə 8,5 milyon sərnişin daşınıb. Bu göstəricilər dəmir yolunun paytaxt və ətraf ərazilərdə gündəlik sərnişindaşımada mühüm yer tutduğunu göstərir.
Ətraflı "AZTV"-nin videomaterialında:
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре