https://news.day.az/azerinews/1867288.html Qusarda çaqqallar 3 nəfərə xəsarət yetirdi Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib. Day.Az Apa-ya istinadən xəbər verir ki, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb.

Qusarda çaqqallar 3 nəfərə xəsarət yetirdi

Azərbaycanca, 15 октября 2026 16:11 (UTC +04:00) 197
Qusarda çaqqallar 3 nəfərə xəsarət yetirdi

Qusar rayonunun İmamqulukənd kəndində vəhşi heyvanların sakinlərə hücum edib.

Day.Az Apa-ya istinadən xəbər verir ki, çaqqalların hücumu nəticəsində 3 nəfər xəsarət alıb.

TƏBİB-dən bildirilib ki, oktyabrın 10-da 2 nəfər (bir qadın, bir kişi), oktyabrın 12-də isə 1 nəfər (qadın) çaqqal dişləməsi səbəbilə Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Xəstəxanada pasiyentlərə bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin tətbiq olunub.

Vəziyyətləri stabil qiymətləndirilən hər üç pasiyent ambulator müalicə üçün artıq evə buraxılıb.

Məlumata görə, kənd sakinləri son günlər vəhşi heyvanların yaşayış məntəqəsinə tez-tez daxil olmasından narahatdırlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости