Röya: "Həmişə qızlar məni "prikol"a tuturdular - FOTOLAR

19 февраля 2016 16:44

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün əməkdar artist Röya Ayxanın "5-ci element" verilişində keçmiş "W-trio"çular barədə səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.

Qafqazinfo-nun məlumatına görə, Röya verilişdə keçmiş silahdaşlarının onu "prikol"a tutduğunu, "çuşka" adlandırdığını vurğulayıb:

"Həmişə "W-trio" vaxtı qızlar məni "prikol"a tuturdular. İngilis dilini bilmirdim, deyirdilər "çuşka"san, sən pul qazanmaq üçün toyxanalarda oxuyacaqsan. Deyirdilər ki, aşıq olacaqsan... (gülür). O vaxtlar həmişə evə pul aparmağa çalışırdım".

Röyanın açıqlamasında ən diqqət çəkən məqam isə həmkarlarının geyim tərzi ilə bağlı kinayəli gülüşü və atmacası olub:

"İndi onlar inciməsinlər, hər şey dəyişdi. Elnarənin, Natavanın geyimlərinə baxıram, deyirəm ay..."

Əməkdar artistin bu açıqlamasından sonra hər iki müğənni - Natavan Həbibi və Elnarə Xəlilovailə əlaqə saxlamağa çalışdıq. Onlar məsələyə münasibət bildirmək istəməyiblər.

Maraqlıdır ki, Röya, Elnarə və Natavandan ibarət olan qrup 1999-cu ildə yaranıb. Vaqif Gərayzadənin rəhbəri olduğu "W-trio" elə ilk gündən tamaşaçılardan böyük rəğbət qazanmışdı.  

Xüsusilə də, "Ay ləli yar" mahnısı qrupu daha da məhşurlaşdırmışdı.

Qrupdan ilk ayrılan isə Röya olmuşdu. Müğənni elə sözügedən verilişdə bunun səbəbini də açıqlayıb:

"Bir dəfə qızlar siqaret çəkməyimi Vaqif Gərayzadəyə satdılar. Kişi məni çox danladı. Məni satmalarına çox pis oldum. Bir az söhbətlər oldu. Dedim ki, qrupdan gedirəm. Guya mən siqaret çəkməklə Natavan və Elnarəyə ləkə gətirə bilərəm. Dedim ki, Vaqif müəllim, mən gedirəm. Ancaq bilin ki, stollarda oxuyub pul qazanmayacağam. Kiminsə pulu ilə məşhurlaşmayacağam. O da dedi ki, sübut et".

Hazırda 3 övladı olan Elnarə isə qrup qızlarından daha çox şıltaqlığı və zövqlü geyimi ilə fərqlənirdi. O, qısa müddət ərzində bir sıra hit mahnıları ilə gündəmə gəldi.

Daha sonra Elnarə teleaparıcı Rövşən Cahangirovla ailə həyatı qurdu. Ərə gedəndən sonra Elnarənin təkcə yaradıcılığında deyil, eləcə də geyim tərzində dəyişiklik baş verdi. Müğənni daha çox klassik və qapalı geyimlərə üstünlük verməyə başladı.

2006-cı ildə qrupdan ayrılan Natavan da qayıdışıyla şou-biznesdə imzasını qoya bilmişdi. O, "Ulduzlar yandı" mahnısı ilə ulduzunu parlatmağa başladı. Nata bir-birinin ardınca ifa etdiyi mahnılarla "W-trio"nun digər iki qızından heç də geri qalmadığını göstərdi.

Elnarə kimi Natavanın da yaradıcılığında son illər sakitlik hökm sürür. Röya isə əvəzində Azərbaycanla kifayətlənməyib, Türkiyə şou-biznesinə qoşulmağa can atır.

Maraqlıdır ki, "W-trio"nun eks-kollektivi qrup parçalanandan sonra cəmi bir dəfə bir araya gələ bilib.

O da xalq artisti Aygün Kazımovaya qarşı birləşərək "Kimdir nömrə 1" mahnısını ifa ediblər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!