https://news.day.az/azerinews/758001.html İraq 30 minlik ordu ilə Mosula girir

İraq 30 minlik ordu ilə Mosula girir

Azərbaycanca, 10 марта 2016 12:15 (UTC +04:00) 1 144
İraq 30 minlik ordu ilə Mosula girir

Day.Az представляет новость на азербайджанском языке

Mosulun azad edilməsi üçün 30 min İraq hərbçisi səfərbər olunacaq.

Day.Az axar.az-a istinadən bildirir ki, bu barədə İraq parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü Əbdüləziz Hüseyn məlumat verib.

Onun sözlərinə görə, şəhərin İŞİD-dən geri alınması üçün xüsusi hazırlıqlar davam etdirilir.

"Şəhərdə yaşayan vətəndaşların təhlükəsizliyini qorumaq əsas vəzifəmizdir. Mosulun azad edilməsində əsas yük koalisiya qüvvələrinin üzərinə düşəcək", - millət vəkili qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ prezidentinin İŞİD-lə mübarizə məsələləri üzrə köməkçisi Mak Qurk Mosulun azad edilməsi üçün yaxın günlərdə genişmiqyaslı hərbi əməliyyatların başlanacağını açıqlamışdı.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости