Ermənilərin yaraladığı daha bir mülkü şəxs vəfat etdi

Day.Az представляет новость на азербайджанском языке

Aprelin 27-dən 28-nə keçən gecə erməni silahlı birləşmələrinin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində yaralanan şəxslərdən biri dünyasını dəyişib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov məlumat verib.

İcra başçısı bildirib ki, yaralılardan biri, rayonun Çəmənli kənd sakini Hüseynov Əli Müseyib oğlu Müdafiə Nazirliyinin Ağdam rayonunun Sarıcalı kəndindəki hərbi hospitalında əməliyyat edilsə də, bir neçə saatdan sonra komaya düşüb. Komadan ayılmayan Ə.Hüseynov dünyasını dəyişib.

Digər yaralı, Əfətli kənd sakini, Ağdam rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunan Məmmədov Elnur Polu oğlunun vəziyyəti ağırdır.

R.Məmmədov deyib ki, hadisə nəticəsində xəsarət alan digər 6 kənd sakininin vəziyyəti isə orta-ağır qiymətləndirilsə də, həkimlər onların həyati təhlükəsi olmadığını bildirir.

Xatırladaq ki, bundan əvvəl ermənilərin Ağdam rayonunu ağır artilleriyalardan atəşə tutması nəticəsində rayonun Çəmənli kənd sakini, 1966-cı il təvəllüdlü Mustafayev Famil Əli oğlu həlak olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.