Avtobus sürücüsü sərnişini "bıçaqladı"

Day.Az представляет новость на азербайджанском языке

İstanbulda Zincirlikuyu-Ovçular istiqamətində hərəkət edən  sərnişin avtobusunda xoşagəlməz olay baş verib.

Day.Az haberler.com-a istinadən bildirir ki, kondisioneri qoşmadığına görə sürücüyə etiraz edən sərnişinlərin mübahisəsi heç də yaxşı sonluqla yekunlaşmayıb.

Avtobusu saxlayaraq ona etiraz edən sərnişinlərə "qapını göstərən" sürücünün davranışı bir çox sərnişini özündən çıxarıb. Ona etiraz edən sərnişinləri təhqir edərək bıçaqla onlara xəsarət yetirmək istəyən sürücünün bu görüntüləri avtobusun təhlükəsizlik kamerasında qeydə alınıb.

Hadisədən xəbər tutan Nəqliyyat Nazirliyi sürücünü işdən çıxarıb. Sürücü barəsində cinayət işi də açılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Avtobus sürücüsü sərnişini