Aktrisa Xuraman: "Həyat yoldaşım mənə dəstəkdir" - FOTO
Day.Az представляет новость на азербайджанском языке
Aktrisa Xuraman Əlizadə evdarlığından danışıb.
Milli.Az-a açıqlama verən aktrisa ev işlərini özünün gördüyünü bildirib:
"Mətbəxdə və evdə vaxt keçirməkdən gözəl nə ola bilər ki? Demək olar ki, bütün yeməkləri hazırlaya bilirəm, bunu tam əminliklə deyirəm. Xoşlamıram ki, iş görəndə kimsə mənə müdaxilə etsin. Əlimin həm duzu var, həm də dadı. Hətta gecə durub, evi töküb yığışdırmışam da. Harasa gedəndə yeməyimi də hazırlayıb gedirəm. Niyə evdə problem yaransın ki? Bəzi məşhurlar var ki, heç bilmir ki, evlərində mətbəx hardadır. İndi onların imkanları yaxşıdır, yanlarında köməkçi gəzdirirlər. Mənim buna nə ehtiyacım var, nə də imkanım. Sadəcə, evdə çox olmadığım üçün övladıma dayə baxır. Onu da deyim ki, həyat yoldaşım da mənə çox dəstəkdir".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре