https://news.day.az/azerinews/925647.html Xərçəngin ilkin əlamətlərindən əvvəl onu aşkar etməyə imkan verən test hazırlanıb Day.Az представляет новость на азербайджанском языке Beynəlxalq tədqiqatçılar qrupu pasiyentlərdə xərçəngin ilkin əlamətlərindən əvvəl bu xəstəliyi aşkar etməyə imkan verən yeni genetik test hazırlayıblar.

Xərçəngin ilkin əlamətlərindən əvvəl onu aşkar etməyə imkan verən test hazırlanıb

Azərbaycanca, 21 августа 2017 21:46 (UTC +04:00) 660
Xərçəngin ilkin əlamətlərindən əvvəl onu aşkar etməyə imkan verən test hazırlanıb

Day.Az представляет новость на азербайджанском языке

Beynəlxalq tədqiqatçılar qrupu pasiyentlərdə xərçəngin ilkin əlamətlərindən əvvəl bu xəstəliyi aşkar etməyə imkan verən yeni genetik test hazırlayıblar.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu metod genomun sekvenləşdirilməsini, yəni yalnız 10 milliqram qandan istifadə etməklə, sadə qan analizini nəzərdə tutur. Tədqiqatçılar pasiyentin qan nümunəsinin köməyi ilə 58 genom arasında mutasiya edən xərçəng DNT-sinin kodunu axtarırlar.

Qrup üzvlərindən biri, Orxus Universiteti hospitalından molekulyar biologiya professoru Klaus Lindberq Andersen deyib: "Metod o dərəcədə səmərəlidir ki, onun köməyi ilə dəqiq nəticələr əldə etmək çətin olmayacaq. Ancaq hələ tam bir sıra aşkar edilməsi çətin olan xərçəng tipləri var".

Tədqiqatçı ümid etdiyini bildirib ki, belə qan analizi metodu xərçəng ilə əlaqədar hazırda mövcud olan və tədqiqatçının qeyd etdiyi kimi, pasiyentlərə narahatlıq və çətinlik yaradan tədqiqatları - bağırsaq xərçəngi ilə əlaqədar nəcisin test edilməsini tamamlaya və ya əvəzləyə biləcək. K.L.Andersen əlavə edib: "Düşünürəm ki, indi biz qabaqcadan qan analizi götürməklə, daha çox adam müalicə edə bilərik, çünki bu, daha asandır".

Qeyd edək ki, yeni analizlərin köməyi ilə əldə edilən nəticələr "Science Translational Medicine" elmi jurnalında şərh edilib. Yeni tip analiz yaxın beş ildə əvvəlcə ABŞ-da tətbiq ediləcək və eyni vaxtda açıq satışa çıxarılacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости