Bakıda dəhşətli qəza: Betonqarışdıran maşın minik avtomobilinin üstünə aşdı

Day.Az представляет новость на азербайджанском языке

----------
18:09

Bakıda metronun "Koroğlu" stansiyasının yaxınlığında betonqarışdıran maşın sürücünün ehtiyatsızlığı səbəbindən aşıb.
 
Day.Az APA-ya istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb.
 
"Bakı Metropoliteni" QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, "Man" markalı avtomobil İlman Abbasovun idarə etdiyi "VAZ 2107" markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb.
 
Betonqarışdıran maşının sürücüsü İlqar Bayramovun yüngül xəsarət aldığı bildirilir. 

----------
17:38

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, bir qədər əvvəl metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpüdə hərəkətdə olan betonqarışdıran maşın "VAZ 2107" markalı minik avtomobilinin üzərinə aşıb.
 
Hadisə nəticəsində ölən və ya xəsarət alanların olması dəqiqləşdirilir.
 
Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.