https://news.day.az/azerinews/945587.html At ətini inək əti adıyla satan tutuldu - VİDEO Day.Az представляет новость на азербайджанском языке Naftalan şəhərində mənşəyi məlum olmayan 63 kq at əti aşkar edilərək götürülüb.

At ətini inək əti adıyla satan tutuldu - VİDEO

Azərbaycanca, 28 октября 2017 21:27 (UTC +04:00) 1 637
At ətini inək əti adıyla satan tutuldu

Day.Az представляет новость на азербайджанском языке

Naftalan şəhərində mənşəyi məlum olmayan 63 kq at əti aşkar edilərək götürülüb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Naftalanda bir nəfərin həyətində mənşəyi məlum olmayan ət satışı ilə məşğul olması barədə ŞPŞ-yə məlumat daxil olub. Bir müddət həmin ərazidə müşahidə aparılarkən məlumat təsdiqini tapıb.
Oktyabrın 27-də polis əməkdaşları tərəfindən Goran sanatoriyası adlı massivdə yaşayan İman Əsgərovun fərdi yaşayış evinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 63 kiloqram at əti aşkar edilərək götürülüb. İ.Əsgərov həmin ət məsullunu Bərdə rayonunda tanımadığı şəxsdən aldığını bildirib.
Araşdırmalarla müəyyən edilib ki, o, at ətini qoca inək əti adı ilə həyətində istehlakçılara satırmış. O, alıcıların bunu bilməmələri üçün hətta piştaxtanın yanında kəsilmiş inək başı da saxlayırmış.
Götürülən nümunələr ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Xidmətininin laboratoriyasına təhvil verilib. Müayinənin nəticəsindən asılı olaraq Naftalan ŞPŞ tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görüləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости