https://news.day.az/azerinews/945745.html Türkiyədə İŞİD üzvü olan 2 azərbaycanlı saxlanıldı Day.Az представляет новость на азербайджанском языке Son iki gündə Türkiyədə Ankara, İstanbul və İzmir başda olmaqla, 8 rayonda İŞİD terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat keçirilib. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, ümumilikdə terror təşkilatına üzv olmaqda şübhəli sayılan 143 şübhəli saxlanılıb.

Türkiyədə İŞİD üzvü olan 2 azərbaycanlı saxlanıldı

Azərbaycanca, 29 октября 2017 17:42 (UTC +04:00) 636
Türkiyədə İŞİD üzvü olan 2 azərbaycanlı saxlanıldı

Day.Az представляет новость на азербайджанском языке

Son iki gündə Türkiyədə Ankara, İstanbul və İzmir başda olmaqla, 8 rayonda İŞİD terror təşkilatına qarşı geniş miqyaslı əməliyyat keçirilib.

APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, ümumilikdə terror təşkilatına üzv olmaqda şübhəli sayılan 143 şübhəli saxlanılıb.

 

Əməliyyat-axtarış tədbirləri zamanı çoxlu sayda tapança, ov tüfəngi, sursat, terror təşkilatına məxsus sənədlər aşkarlanıb. Hüquq-mühafizə orqanlarının Bursa rayonunda və rayonun 7 qəsəbəsində keçirdiyi əməliyyat zamanı 2-si Azərbaycan, 28-i Suriya vətəndaşı olmaqla, 39 şübhəli şəxs saxlanılıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости