"Sovetski"də 2 mindən artıq ev və obyekt söküləcək - TƏFƏRRÜAT - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Paytaxtın "Sovetski" kimi tanınan ərazisində qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililərin sökülməsi davam etdiriləcək.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, bu il ərzində ərazidə olan evlərin satın alınması və həmin ərazinin təmizlənməsi işləri həyata keçiriləcək. Artıq məsələ ilə bağlı qiymətləndirici və söküntü təşkilatlarının müəyyənləşdirilməsi məqəsədilə müvafiq tenderlər də keçirilib.
Söküləcək 2010 ev və qeyri-yaşayış obyektinin yerindəki ərazinin abadlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, "Sovetski"də abadlaşdırma işlərinin birinci mərhələsi 26 hektarlıq sahəni əhatə etmişdi və burada 4300 ev və obyekt sökülmüşdü.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре