https://news.day.az/azerinews/998402.html Yeni metro qatarı sərnişinlərin istifadəsinə verilib - VİDEO Day.Az представляет новость на азербайджанском языке "Bakı Metropoliteni" yeni metro qatarını sərnişinlərin istifadəsinə verib. Qatarda bir çox yeniliklər və innovativ üstünlüklər var. Day.Az xezerxeber.az-a istinadən bildirir ki, yeni qatar əvvəlki modellərə nisbətən daha genişdir. Bu da vaqonların sərnişin tutumunu artırır.

Yeni metro qatarı sərnişinlərin istifadəsinə verilib - VİDEO

Azərbaycanca, 23 апреля 2018 22:19 (UTC +04:00) 2 860
Yeni metro qatarı sərnişinlərin istifadəsinə verilib

Day.Az представляет новость на азербайджанском языке

"Bakı Metropoliteni" yeni metro qatarını sərnişinlərin istifadəsinə verib. Qatarda bir çox yeniliklər və innovativ üstünlüklər var.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, yeni qatar əvvəlki modellərə nisbətən daha genişdir. Bu da vaqonların sərnişin tutumunu artırır. Ancaq yeni qatarın üstünlüyü bununla bitmir.
Yeni qatar 5 vaqondan ibarətdir və vaqonların arasında sərnişinlər üçün keçid var. Vaqonlara informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv monitorlar quraşdırılıb.
"Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev növbəti qatarın da yaxın vaxtlarda gətiriləcəyini deyib.
Nəsimi Paşayev metropolitendə aparılan tikinti işləri ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, "Bənövşəyi xətt"in B3 adlanan stansiyasında, eləcə də "Dərnəgül" elektrik deposunda tikinti işləri sürətləndirilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Yeni metro qatarı sərnişinlərin istifadəsinə verilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости