Azərbaycan şou-biznesində yeni barışıq

Day.Az представляет новость на азербайджанском языке.

Bir müddətdir küsülü olan müğənni Günay İbrahimli və Natavan Həbibinin barışması ilə bağlı xəbər vermişdik.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçilər "Onlar" kamerasının qarşısına keçərək, bütün incikliyə son qoyduqlarını bir daha sübut ediblər.

N.Həbibi Günayın ünvanına təriflər yağdıraraq, məsələyə belə aydınlıq gətirib:

"Bizi Nazim (bəstəkar-müğənni Nazim Məmmədov - red.) barışdırdı. Günaya dedi ki, Nata bizim böyüyümüzdür, o səni istəyən adamdır. İstədiyim insanların yaxşı gününü görəndə sevinirəm. Hamı mehriban olsun. Düşmənlər kişi kimi düşmənçilik etsinlər. Günaya həmişə dəstək idim. Sənətə çox gözəl başladı. Üzülən bir insan kimi o söhbət xoşuma gəlməmişdi. Ona görə demişdim ki, bəzilərinin acığına hər şeyimizə fikir verək".

Günay İbrahimli Natavanın səmimiliyinə inandığını deyib:

"Səmimi olmasaydı barışmazdım. Natavan seçilən bir səsdir".

H.Nazim Natavanla Günayı barışdırmasından danışıb:

"Eşitdim ki, danışmırlar pis oldum. İkisidə mənim dostumdur, çox istədiyim insanlardı. Onların yaxşı işbirlikləri ola bilər. 12 yeni mahnım var. Natavanla Günay sıra ilə onları duet oxuyacaqlar".

Xatırladaq ki, ifaçıların arasındakı küsülülüyə səbəb yumorist Fərda Xudaverdiyevin konsertində külək nəticəsində paltarı qalxan Günayın ünvanına Natavanın sərt sözlər işlətməsi olmuşdu.