Əməkdar artist övladını göstərdi: "Mediadan gizlədirdim..." - FOTO
Day.Az представляет новость на азербайджанском языке:

Bir neçə ay öncə ana olan əməkdar artist Naina İbrahimova övladını üzə çıxarıb. Milli.Az lent.az-a istinadən xəbər verir ki, aktrisa "Atv maqazin" verilişində bildirib ki, oğlu bir neçə ay öncə olsa da, mətbuatdan gizlədib: "Şəxsi həyatımla gündəmə gəlməyi sevmirəm. Ona görə də bu günə qədər övladımın şəklini göstərməmişəm. Həyat yoldaşımla bir-birimizi gözəl başa düşürük. Ondan bir oğlan övladı dünyaya gətirmişəm. Şükürlər olsun ki, bu evlilikdən Allah mənə sağlam övlad verdi. Bundan daha da gözəl xoşbəxtlik ola bilərmi?"

Əməkdar artist onu da əlavə edib ki, övladının adını yuxuda görüb: "Mən inanclı insanam. Yuxuda gördüm ki, önümdən bir oğlan uşağı qaçır. Mən də onun arxasınca "Alen, Alen" deyə qaçdım. O zaman heç hamilə də deyildim. Ona görə də övladım olan zaman Alen adını qoydum".
Qeyd edək ki, N.İbrahimova 2013-ci ilin oktyabr ayında Fərid adlı fotomodellə ailə qurub. Cütlüyün bu ilin fevralın 23-də oğul övladı olub.

Böyütmək üçün klikləyin: