Görkəmli alim Zöhrab Vəliyevin 60 illiyi qeyd edildi - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunda ABŞ-ın Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın müxbir üzvü, professor Zöhrab Vəliyevin anadan olmasının 60 illiyi qeyd edildi. Yubiley mərasimini Qonaqları institutun direktoru, fizika-riyaziyya
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədr müavini, AMEA-nın müxbir üzvü professor Vəli Hüseynov Z.Vəliyevin elmi-pedaqoji fəaliyyəti haqqında məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Z.Vəliyev vaxtilə ulu öndər Heydər Əliyevin qayğısı ilə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsində davam etdirmişdir. 1977-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda, 1986-cı ildən ömrünün sonunadək isə Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərmiş, universitetin Elmi Şurasının elmi katibi, Texniki təlim fakültəsində dekan müavini və Fizika-riyaziyya
AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli, Bakı Dövlət Universitetinin kafedra müdiri akademik Bəhram Əsgərov və Fizika İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü professor Cavad Abdinov və başqaları çıxış edərək Z.Vəliyevin elmi-pedoqoji fəaliyyətinin müxtəlif məqamlarına qiymət vermiş, xatirələrini söyləmişlər. Sonda Z.Vəliyevin oğlu Əhməd Vəliyev çıxış edərək alimə verilən yüksək qiymətdən razı qaldığını bildirdi, yubiley tədbirinin təşkilatçılarına minnətdarlığını ifadə etdi.
Böyütmək üçün şəkillərə klikləyin.




Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре