Aynur Talıbova: “Hamlet şizofrenik idi” – FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Zaman-zaman radiodan səsini eşitdiyimiz, bir müddət televiziya verilişlərində gördüyümüz Aynur Talıbova... 3 dildə nəşr olunan "Azərbaycanı kəşf et" adlı kitabın müəllifi hazırda ANS ÇM radiosunda səhər verilişinin aparıcısıdır.
Milli.Az ailem.az-a istinadən xəbər verir ki, "O..."nun budəfəki qonağı da elə Aynur Talıbovadır.
- Sevgi, ya qarşılıqlı hörmət?
- Sevgi.
- Subaylıq, ya evlilik?
- İkisi də.
- 1 uşaq, ya çox uşaq?
- Ailə planlaması!
- Qaynana, ya gəlin?
- Heç biri.
- Evdə qadının, ya kişinin sözü?
- Hansı ağıllıdırsa, onun.
- Muğam, ya pop?
- Yerinə görə dəyişir.
- Televiziya aparıcısı, yoxsa radioda dj?
- Çörəkpulu.
- Qadın, yoxsa kişi sürücü?
- Gender balansı. Qadına sükan arxasında meymun deyən ikiayaqlı tüklü yaratıqlara ölüm.
- Evdə, yoxsa restoranda romantik yemək?
- İkisi də.
- Qışda, yoxsa yayda tətil?
- Tətilin mövsümü yoxdur.
- Kənd, ya şəhər?
- Allah kəndi yaratdı, insan oğlu şəhəri qurdu. Nəticə: şəhərləşmə məhv edir, kəndə lağ edirik.
- Yeni il, yoxsa Novruz bayramı?
- Bayramlar uşaqlar üçündür.
- 26 iyun, yoxsa 8 mart?
- 8 mart nostaljidir.
- Bişirmək, ya yemək?
-Yemək, yemək, yemək.
- Pəhriz, ya nə gəldi yemək?
- Ürəyin istəyəni, faydalı olanı yemək.
- Bağışlamaq, yoxsa nifrət?
- Nifrət artıq yükdür.
- Sizin qayğınız, yoxsa sizə qayğı?
- Qarşılıqlıdır.
- Sizin maaşınız, ya yoldaşınız maaşı?
- Necə bəyəm, "sənin cibin mənim cibimdir".
- Hədiyyə, yoxsa bir söz yetər?
- Hədiyyə də lazımdır.
- Film, yoxsa serial?
- Səbr və davamlılıq, pis olanı izləməyə dəyməz.
- "Möhtəşəm yüz il", yoxsa "Kurtlar vadisi"?
- Hürrəm "svoluşşş".
- Teatr, ya kinoteatr?
- İkisi də. Kino teatrı öldürə bilmədi, bizə baxmayın.
- Sonda olum ya ölüm?
- Hamlet şizofrenik idi, mənə nə? Şekspir fantaziyasına uymuram.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.


Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре