Sürücülük vəsiqəsi alınmasında dəyişiklil ediləcək - VİDEO
Day.Az представляет новость на азербайджанском языке
Sürücülük vəsiqəsi alınmasında bəzi dəyişiklil ediləcək.
CE, D, və DE kateqoryalı nəqliyyat vasitələrinin idarə edilməsi qaydaları dəyişdirilir. Bununla bağlı təkliflər artıq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin qəbul edilib və plenar iclasaın gündəliyinə salınıb.
Day.Az xezerxeber.com-a istinadən bildirir ki, təkliflər arasında ən maraqlısı avtobus idarə edən sürücülərə aiddir. İctimai nəqliyyatda baş verən hadisələri aradan qaldırmaq məqsədi ilə bu nəqliyyat vasitəsinin sürücülərinin yaş həddi artırılacaq. Yəni əvvəllər avtobus idarə etmək üçün sürücüdən 3 il təcrübə və 21 yaş olması tələb edilirdisə indi müddətlər artırılıb.
Bundan başqa D kateqoriyasına daxil olan nəqliyyat vasitələrinin idarəetmə hüququ maksimum 65 yaşadək olacaq.Yəni 65 yaşın keçmiş şəxs avtobus idarə edə bilməz. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bu təklifin yalnış olduğunu deyir. onun fikrincə bu bu dəyişiklik yalnız ictimai nəqliyyata tətbiq olunmalıdır.
Digər əlavə isə DE kateqoriyası ilə bağlıdır.yəni qoşqulu avtomobil idarəetmək üçün yaş həddi 26 dan 65 qədər olacaq. bundan əlvaə belə sürücülərdən ənz az 3 il staj tələb olunacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре